Aytən Səfərovadan icra hakimiyyətinə sərt tənqid:   “Bu nə  özbaşınalıqdır?” - Video

saytların hazırlanması

Evə çatdırılma

Aytən Səfərovadan icra hakimiyyətinə sərt tənqid: “Bu nə  özbaşınalıqdır?” - Video

Şou

15 Oktyabr 2019 12:54 2371


Aparıcı Aytən Səfərova “Space" TV-nin yanındakı yolun ortasına qurulan çadıra görə sosial şəbəkədə Yasamal Rayon İcra Hakimiyyətini sərt tənqid edib.

“Yeni Sabah” xəbər verir ki, o, bu çadıra görə insanların hər gün işə gecikdiyini yazıb:

“Hər səhər “Space” TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadırı bura niyə qoyublar? Yol Patrul Xidməti əməkdaşları buna niyə göz yumur? Nəyə görə hər səhər mən və mənim kimi yüzlərlə sərnişin gecikmək məcburiyyətində qalır? Müvafiq strukturlar günün 24 saatı insanlara süni əngəl yaratmaqlarına aydınlıq gətirsinlər. Aydınlıq  gətirmirlərsə, heç olmasa bu çadırı buradan götürsünlər. Səhər tezdən insanların əsəbləri ilə oynamaq lazım deyil. Onsuz da hamı tıxacdadır. Bu nə  özbaşınalıqdır? Kim sizə ixtiyar verib belə etməyə? Hüzürə, yasa aidiyyatı yoxdur”. Dördpendirli pizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!