“Azərbaycan Avropa İttifaqı və Çinin strateji tərəfdaşıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Avropa İttifaqı və Çinin strateji tərəfdaşıdır”

Siyasət

03 İyun 2021 16:26 634


“Düşünülmüş və məqsədyönlü siyasəti ilə regionda, dünyada  mövqeyini möhkəmləndirən, siyasi çəkisini, nüfuzunu artıran Azərbaycanın tarixi Zəfərimizdən sonra beynəlxalq münasibətlər sistemində roluna yeni əlavələr edilməkdədir. Bunu təkcə iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon söhbətində ifadə olunmuş fikirlər bir daha təsdiq edir”.

“Yeni Sabah” xəbər verir ki, bunu “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə deyib.

O, bildirib ki, eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə telefon söhbəti  ölkəmizin  regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürü kimi dəyərləndirilir: “Eyni zamanda, Azərbaycanın  500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında  mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Xüsusi vurğulamaq lazımdır ki, Çinlə əlaqələrimizin yüksələn xətlə inkişafı xarici siyasətimizin əsasında dayanan prinsiplərin dəyişməz olmasından, dövlətimizin gələcəyə hesablanmış siyasətinin uğurlarından irəli gəlir”. Toyuqlu pizza

V.Rəhimzadə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, yeni dünya düzənində  aparıcı qüvvələrdən biri kimi Çin Xalq Respublikası ilə  Azərbaycan arasında əlaqələrin inkişafında yeni mərhələnin təməli qoyulur. Çin şirkətlərinin Azərbaycana investisiya marağından  da bəhs edərək bildirib ki, bu,  güclü iqtisadi inkişafa, əlverişli investisiya mühitinə malik olan Azərbaycana marağın ifadəsidir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!