Azərbaycanda 7 dövlət qurumu   LƏĞV OLUNDU

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 7 dövlət qurumu LƏĞV OLUNDU

İqtisadiyyat

26 May 2026 11:52 489


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus daha bir neçə şirkət ləğv edilib.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib. Dominos pizza

Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC də ləğv olunduğunu elan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!