Azərbaycan belə qış görməyib: 14 dərəcə şaxta olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan belə qış görməyib: 14 dərəcə şaxta olacaq

Sosial

25 Yanvar 2024 13:04 39532


Yanvarın 26-na gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq. 

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Samed
    Azərbaycan elə bir qışı görüb. Yəqin ki, yazını yazan müxbir gəncdir. 2002-ci ildən 2003-ə keçən il Naxçıvanda -44 dərəcə şaxta qeydə alındı. Rəhmətlik Qənirə Paşayeva ANS- də idi, müxbir kimi Naxçıvana gəlmişdi və məhz o soyuqlardan yaxşı bir süjet eləmişdi. Evin içində palto ilə oturan adamlar, mətbəxdə donmuş su..
    2 years ago
  • Yaşar
    düzgün yaza bilmirsiz yempraturu mən rus torpaqlarında qulluq etmişəm Sibirin göbəyində Novosibirski vilayəti və Baykal Amur magistralı ərazisində İrkutski vilayətində 40 dərəcə şaxtada cöldə bayırda işdəmişik və gəlmişik yaşadıqımız otaqa isti suyu yerində soyuq suyu yerində hec bir problem olmayıb Azərbaycanda 3 dərəcə şaxtada aləm dəyir biri birinə
    2 years ago