Azərbaycan millisi Belçikaya yollandı

Azərbaycan millisi Belçikaya yollandı

İdman Veb saytların hazırlanması

17 Noyabr 2023 17:13 787


Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçika ilə matç üçün səfərə yollanıb. 

Yenisabah.az xəbər verir ki, yığma Brüsselə çarter reysi ilə gedib. 

Səfər edənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev, vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və "Qəbələ"nin prezidenti Fariz Nəcəfov da var. 

Qeyd edək ki, ötən gün Avro-2024-də İsveçi üstələyən Azərbaycan millisi (3:0) Belçika ilə noyabrın 19-da qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!