Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi
03 İyl 2020 12:22
257

Azərbaycan ordusunun bəzi bölmələri karantinə nəzarətə cəlb edildi

Azərbaycan Ordusunun bəzi bölmələri xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar tədbirlərə cəlb ediləcək. 

Yenisabah.az bildirir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına müvafiq olaraq ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminə riayət olunmasına nəzarət etmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşlarına kömək məqsədilə təşkil edilən patrul xidmətinə Azərbaycan Ordusunun bəzi bölmələri də cəlb olunub.  

Qeyd edilib ki, hərbi qulluqçular xüsusi karantin rejimi ilə əlaqədar təyin edilmiş ərazilərdə xidmətin aparılmasında iştirak edirlər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər