Azərbaycan və BMT arasında sənəd imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və BMT arasında sənəd imzalandı

Siyasət

24 Oktyabr 2025 21:52 289


Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

Məlumata görə, sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli "yaşıl keçid"in təşviqi kimi strateji prioritetləri ehtiva edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!