“Azərbaycanda da, Amerikada da uğurlu biznesim var”   – Elariz Məmmədoğlu ilə MÜSAHİBƏ

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda da, Amerikada da uğurlu biznesim var” – Elariz Məmmədoğlu ilə MÜSAHİBƏ

Şou

07 İyun 2020 10:26 4393


“Green Card” (Yaşıl kart) qazandıqdan sonra ABŞ-a daimi yaşayış üçün köçən, yaradıcılıq fəaliyyətini orada davam etdirən müğənni Elariz Məmədoğlu vətəndən uzaqda həyatının necə keçdiyindən danışıb. Sənət fəaliyyəti ilə yanaşı Nyu-Yorkda dönərxana açan müğənni Yenisabah.az-ın suallarını cavablandırıb:

- Vətəndən çox-çox uzaqlarda yazıb-yaratmaq çətin deyil ki? Elariz Məmmədoğlu qərib eldə nədən və yaxud kimdən ilhamlanır? 

- Vətəndən uzaqlarda yazıb-yaratmaq mümkündür. Məsələn, bəstəçi Sergey Raxmaninov da Amerikada yazıb-yaradırdı. Hər şey incəsənət adamının professionallığından asılıdır.  Toyuqlu pizza

- Bakı üçün darıxırsınızmı? Azərbaycan yadınıza düşəndə özünüzü necə ovundurursunuz? 

- Bakı və Azərbaycan üçün darıxıram. Azərbaycan yadıma düşəndə ya musiqi dinləyirəm, ya da köhnə dostları arayıram. 

- Geriyə dönməyi, yenidən Azərbaycanda yaşayıb-yaratmağı düşünürsünüzmü? 

- Mənim istədiyim vaxt Bakıya gəlmək iznim var. İndi çox gözəl zamandır. 

- Elariz bəy, sənət dostlarınızın, azərbaycanlı həmkarlarınızın fəaliyyətini izləyirsinizmi? Azərbaycanlı müğənnilərin repertuarı, ifa tərzi sizi qane edirmi? 

- Əlbəttə, sənət dostlarımın fəaliyyətini izləyirəm. Bəzilərinin repertuarı məni qane edir, bəzilərininki isə etmir, amma hər kəs öz işini daha yaxşı bilir. Görünür, belə lazımdır. İfa tərzi isə rəngarəng olmalıdır. Müğənnilər bir-birini təqlid etməməlidirlər. Əksər müğənnilərimizi bəyənirəm. Bəzilərinin ifa tərzi düzgün olmadığına görə sevmirəm. 

- ABŞ-dakı işinizdən razısınızmı? Biznesdə uğur qazana bildinizmi?

 - Azərbaycanda da, ABŞ-da da işimdən razıyam. Biznesdə uğurum var. Konsertlər, toylar, banketlər və restoran işi vaxtaşırı olur (koronavirusa qədər). Lakin hər şey yaxşı olacaq. (Everything will be fine!)

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!