Azərbaycanda güclü qar yağdı - FOTOLAR

Azərbaycanda güclü qar yağdı - FOTOLAR

Sosial

04 Dekabr 2022 10:50 55626


Dekabrın gəlişi ilə təbiət Azərbaycanda sərt üzünü göstərməyə başlayıb. Son günlər hava şəraitinin kəskin pisləşdiyi, dağlıq ərazilərdə qar yağdığı müşahidə olunur. 

Yenisabah.az xəbər verir ki, artıq bir necə gündür Xızı rayonunun Altıağac qəsəbəsində də qışın soyuq nəfəsi hiss edilir. Dünən axşamdan başlayaraq, Altığaca güclü qar yağır. Yerdə qarın hündürlüyü 10 sm. keçib. 

Güclü qar təbiətə yeni çalarlar əlavə edib. Altığacda qonaq olan turistlər bu mənzərədən olduqca məmnun görünürlər.

"Yeni Sabah"ın əməkdaşının çəkdiyi fotoları təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!