Azərbaycanda güclü zəlzələ gözlənilir? – “Yaxın günlərdə...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda güclü zəlzələ gözlənilir? – “Yaxın günlərdə...”

Sosial

22 Fevral 2023 12:17 31253


"Yaxın günlər üçün də Azərbaycanda dəhşətli, qorxulu, katastrofik zəlzələ gözlənilmir".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

"Hər gün Azərbaycan ərazisində çoxlu sayda təkanlar olub. Elə bu gecə də çoxlu yeraltı təkan qeydə alınıb. Biz sadəcə böyük olanı mətbuata vermişik. Qorxulu bir şey yoxdur. Özü də o ərazidə, aşağı çökəkdə baş verən təkanlar daha dərində olur, nəyinki şimal, şimal-qərbdə, Böyük Qafqazın cənub-şərqində baş verən zəlzələlər", - deyə seysmoloq bildirib. Pepperoni pizza

Qeyd edək ki, Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!