Baş Prokurorluq mühüm məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Baş Prokurorluq mühüm məlumat yaydı

Kriminal

13 May 2026 18:17 121


Hindistan Respublikasının hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan Respublikasının vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Pepperoni pizza

“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!