Məşhur generalın xanımı vəkilliyə başladı

saytların hazırlanması

Evə çatdırılma

Məşhur generalın xanımı vəkilliyə başladı

Sosial

13 May 2026 17:34 476


Konstitusiya Məhkəməsinin sabiq sədr müavini Sona Salmanova vəkillik fəaliyyətinə başlayıb. Vəkil kimi and içən Salmanova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub.

“Yeni Sabah” Modern.az-a istinadla bildirir ki, hüquqşünas kimi bir sıra vəzifələrdə çalışan Sona Salmanova Milli Məclisinin qərarı ilə 4 iyul 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. 16 dekabr 2005-ci ildə isə Konstitusiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyinat alıb. Əməkdar hüquqşünas 2025-ci ildə Konstitusiya Məhkəməsinin sədr müavini postunda səlahiyyətlərini başa vurmuşdu.

Qeyd edək ki, Sona Salmanova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlxanovun həyat yoldaşıdır. pizza mizza

Hüseyn Əlixanov 2004-cü ildən Ədliyyə orqanlarında xidmətə başlayıb. Əvvəlcə Ədliyyə Nazirliyinin Məhkəmə icraçıları Baş idarəsinin rəisi təyin edilib.

2007-ci ildən 2018-ci ilə qədər isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini işləyib.

Xatırladaq ki, Hüseyn Əlixanovun adı 2018-ci ilin oktyanrında məhbuslar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatar vaqonundan qaçması ilə gündəmə gəlmişdi. Məhz həmin hadisədən sonra general tutduğu vəzifədən azad edilmiş, qarovul rəisi olan bacısı oğlu Ceyhun Səmədov isə saxlanılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!