Azərbaycanda hamilə qadın əməliyyatdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda hamilə qadın əməliyyatdan sonra öldü

Sosial

21 Oktyabr 2021 13:40 946


Bərdədə hamilə qadın əməliyyatdan sonra ölüb.

Yenisabah.az xəbər verir ki, rayonun Dalğalar kənd sakini 1990-cı il təvəllüdlü Hüseynova Naibə Mürvət qızı dünən Bərdə Mərkəzi Xəstəsanasının doğum şöbəsinə yerləşdirilib. Bir neçə həftəlik hamiləliyi olan qadının səhhətində problemlər yaranıb.

Məlum olub ki, onun hamiləliyi düzgün getməyib və uşaq ana bətnində tələf olub. Həkimlər tələf olmuş uşağı götürmək üçün qadını əməliyyat ediblər. Sezar pizza

Naibə Hüseynova bu gün səhər saatlarında xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!