“Azərbaycanda “Neftçi“dən başqa heç bir kluba getmərəm”

“Azərbaycanda “Neftçi“dən başqa heç bir kluba getmərəm”

İdman Veb saytların hazırlanması

29 Noyabr 2023 16:25 930


"Oyundan sonra bəzən əsəbi oluruq və danışmağa hazır olmuruq. Bu səbəbdən “Araz-Naxçıvan”la matçdan sonra danışmaq istəmədim". 

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Rəhman Hacıyev bu gün keçirilən mətbuat konfransında deyib.

Əvvəlcə "Araz-Naxçıvan"la keçirilən oyundan (1:1) danışan yarımmüdafiəçi komandasının uğursuz çıxışlarına da toxunub: "Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərik. Nəzərə almalıyıq ki, meydanda çıxış edən futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq. Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya təzyiq var. Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq. Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır. Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik”. 

R.Hacıyev başqa klublardan təklif aldığını, ancaq "Neftçi" ilə yeni müqavilə ilə bağlı danışıq apardığını bildirib: “Dekabrın sonunda hər şey bəlli olacaq. Başqa təkliflərim də var. Burada oynamaq arzum idi. Komandaya gələndə də yaşım az idi. Heç vaxt pulu fikirləşməmişəm. Daha yaxşı təkliflərim də olub. “Neftçi” “qal” desə, düşünmədən razı olacağam”. 

Tovuzlu futbolçu “Turan Tovuz”un da ona təklif göndərdiyini vurğulayıb: “Ölkəmizdə “Neftçi”dən başqa heç yerə getmərəm. “Keşlə”də (hazırkı “Şamaxı”) icarədə olanda da komandanın matçlarını stadiondan izləyirdim. Bu klubun azarkeşiyəm”. 

Rəhman Hacıyev Azərbaycan millisinə dəvət almamasına da münasibət bildirib: “Dəvət gözləyirdim, amma olmadı. Canni de Byazi ilə bu barədə danışmaq istəyirdim. Amma belə imkan yaranmadı. Ounla danışsaydım, deyəcəkdim ki, məni niyə çağırmırsan?” 

Hacıyev sonda qeyd edib ki, milli komandada azərbaycanlı mütəxəssis çalışmalıdır: “Yığmanın yerli mütəxəssisə tapşırılmasının tərəfdarıyam. Ona da şans, vaxt vermək lazımdır. Çünki 6 ay və 1 il ərzində heç kim istədiyini edə bilməz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!