Azərbaycanda yeni dövlət qurumu yaradıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

Siyasət

08 Fevral 2019 19:24 1225


Prezident İlham Əliyev Azərbaycanda yeni dövlət qurumunun yaradılması haqda fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, qurum ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirmək məqsədi ilə yaradılıb.

Təsis olunan Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir. pizza sifarişi

Prezident Administrasiyasına tapşırılıb ki, Mərkəzin nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb prezidentə təqdim etsin.

Nazirlər Kabineti, Ədliyyə Nazirliyi də yeni qurumun yaradılması ilə bağlı tapşırıqlar verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!