Azərbaycanda yeni İcra Məcəlləsi hazırlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni İcra Məcəlləsi hazırlandı

Sosial

29 Oktyabr 2019 15:35 933


Azərbaycanda yeni İcra Məcəlləsi hazırlanıb.

Ədliyyə Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, bununla bağlı nazirlikdə keçirilən dəyirmi masada bildirilib.

Dəyirmi masada məhkəmə qərarlarının icrası sahəsində hazırkı vəziyyət və yeniliklər, icra fəaliyyətini tənzimləyəcək İcra Məcəlləsinin işlənib hazırlandığı, "Elektron icra" informasiya sisteminin tətbiqi qeyd olunub, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanının icrası ilə bağlı, həmçinin icra xidmətində iş həcminin kəskin artaraq bu ilin 9 ayında 776 mini ötməsi ilə əlaqədar məhkəmələrin və digər orqanların qərarlarının icrasının alternativ mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq praktikanın öyrənildiyi və pilot qaydada tətbiq ediləcəyi barədə məlumat verilib. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!