"Hesabat dövründə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlər çərçivəsində 9 min 757 inzibati qərar qəbul edilib".
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat paylaşıb.
Onun sözlərinə görə, 800-ə yaxın əcnəbi barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma yəni, deportasiya qərarı qəbul olunub: Dördpendirli pizza
"Deportasiya barədə qərarlar eyni müddət üçün tətbiq edilmir. Şəxsin törətdiyi pozuntunun xarakterindən və ağırlığından asılı olaraq, Azərbaycana giriş qadağası 1 il, 2 il, 5 il və ya qanunvericilikdə nəzərdə tutulan digər müddətlər üçün müəyyən edilə bilər”.
Xidmət rəisi bildirib ki, hesabat dövründə qanunsuz miqrasiyanın təşkili və digər miqrasiya yönümlü qanunsuz əməllərlə bağlı 4 fakt aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib: "Bu hallar əsasən şəxslərin üçüncü ölkələrə qanunsuz keçirilməsi məqsədilə Azərbaycana gətirilməsi, aldadılaraq müxtəlif vədlərlə ölkəyə dəvət olunması, maddi maraq müqabilində qanunsuz miqrasiya sxemlərinə cəlb edilməsi və nəticədə onların qanunsuz vəziyyətə düşməsinə şərait yaradılması ilə bağlı olub. Bu əməllərdə cinayət tərkibi əlamətləri olduğundan, hüquqi qiymət verilməsi üçün materiallar aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilib”.
Telegram kanalımız