2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan 180 min 317,39 ton şəkər ixrac olunub.
“Yeni Sabah”ın statistik məlumatlara istinadən xəbər verir ki, ixrac olunan şəkərin ümumi statistik dəyəri 112 milyon 380,30 min ABŞ dolları təşkil edib. Bu göstəricilər nəticəsində cari ilin ilk 9 ayında şəkər ixracının ümumi ölkə ixracında payı 0,47 faizə, qeyri-neft sektoru üzrə ixracda isə 1,69 faizə bərabər olub.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə ölkədən 46 milyon 740,61 min dollar dəyərində 65 min 212,66 ton şəkər ixrac edilmişdi. Ötən ilin eyni dövründə şəkər ixracı ümumi ixracın 0,25 faizini, qeyri-neft sektoru üzrə ixracın isə 1,76 faizini təşkil edirdi. pizza mizza
Məlumatlar göstərir ki, 2025-ci ilin ilk 9 ayı ilə müqayisədə şəkər ixracının fiziki həcmi 2,7 dəfədən çox, dəyər ifadəsində isə 2,4 dəfə artıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız