XİN-də İndoneziya rəsmisi ilə siyasi məshələtləşmələr keçirildi

saytların hazırlanması

Evə çatdırılma

XİN-də İndoneziya rəsmisi ilə siyasi məshələtləşmələr keçirildi

Siyasət

21 Oktyabr 2026 14:45 102


Xarici işlər naziri Ceyhun Bayramov İndoneziya XİN-in Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də siyasi dialoqun genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı səfərlərin və institusional əlaqələrin artırılmasının əhəmiyyətini vurğulayıblar. Sezar pizza

Azərbaycan ilə İndoneziya arasında Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, D8, ASEAN və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun və koordinasiyanın davam etdirilməsinin vacibliyi qeyd olunub. 2027-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə Görüşünə hazırlıq məsələləri əsas müzakirə mövzularından birini təşkil edib.

Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə birlikdə C6 formatında əməkdaşlığının əhəmiyyəti, bu çərçivədə regional bağlantıların gücləndirilməsi, nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi, eləcə də iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələləri diqqətə çatdırılıb.

Görüşdə həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Eyni gündə Azərbaycan və İndoneziya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrdə Azərbaycan tərəfinə nazir müavini Elnur Məmmədov, İndoneziya tərəfinə isə Asiya-Sakit okean və Afrika İdarəsinin baş direktoru Santo Darmosumarto rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!