Son günlər tanınmış xanımlar arasında dəb halını alan ombaböyütmə ənənəsinə bu dəfə iki məşhur kişi qoşulub.
“Yeni Sabah” "Axşam.az"a istinadən xəbər verir ki, stilistlər Qusik Simon və Fərid plastik əməliyyatla ombalarını böyütdürüblər. Stilistlər bel və qarın nahiyələrindəki piyləri çıxartdıraraq, arxa hissələrinə vurdurublar. Hətta Qusik və Fərid əməliyyatla qarın hissələrinə "paxlava" da qoydurublar.
Şəhər klinikalarından birində gerçəkləşən əməliyyat uğurla başa çatıb. Hər iki stilist artıq evə buraxılıb. Fərid isə ötən gün rəqqasə Fatimə Fətəliyevanın tədbirinə qatılıb. O, yeriməkdə çətinlik çəkib və axsaya-axsaya gəzib.
"Yeni Sabah" bildirir ki, Qusik Simonun öz "Instagram" səhifəsində paylaşdığı sonuncu videoda da etdirdiyi əməliyyatın təsiri aydın hiss olunur.


Telegram kanalımız