Azərbaycanın tanınmış rejissoru vəfat etdi  - Foto
17 Yan 2021 14:17
1407

Azərbaycanın tanınmış rejissoru vəfat etdi - Foto

Görkəmli azərbaycanlı sənədli film rejissoru Nazim Rza İsrafiloğlu 80 yaşında vəfat edib. 

Yenisabah.az bildirir ki, Nazim Rza İsrafiloğlu Gəncə şəhərinin ziyalı ailələrindən birində anadan olub. Atasının babası Rza Əsədullayev Gəncə bölgəsində tanınmış bir xeyriyyəçi, ana babası Mirzə Məhəmməd Axundzadə isə ilk nizamişünas, Difai Partiyası Gəncə şöbəsinin katibi olub.

1945-ci ildə ailə Nazim Rzayevin orta məktəbdə oxuduğu və fortepiano sinfində musiqi təhsili aldığı Bakıya köçüb.

Nazim Rza İsrafiloğlu sənədli film istehsalı sahəsində "Odlu məmləkət" "Neft və cahan savaşı", "M.M.Axundzadə" iki hissəli sənədli film, "Ermənilər. Fariseyzmin anatomiyası" (2008), "Neft" kimi görkəmli əsərlər yaradıb. 

Azərbaycanın tanınmış rejissoru vəfat etdi  - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər