Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq   - SENSASİON AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq - SENSASİON AÇIQLAMA

Siyasət

22 Fevral 2025 18:30 20027


“1990-cı illərdə bizim müharibədə qalib gəlmək şansımız yox idi. Ancaq bir-birimizin qayğısına qalmaqla uğur qazana bildik. Ordunun ruhu yoxdursa, qalib ola bilməz”.

Yenisabah.az xəbər verir ki, bunu bir vaxtlar qondarma separatçı rejimin “Özünümüdafiə Qüvvələrinin birinci komandiri” olan Arkadi Karapetyan deyib.

Karapetyan hazırda elan edilən sülh dövrünü mif adlandıraraq öz revanşist və faşist mövqeyini hələ də dəyişmədiyini göstərib.

O bildirib ki, Azərbaycanla müharibə qaçılmazdır və ümumi tendensiyalar dünyada vəziyyətin gözlənilən pisləşməsindən xəbər verir.

“Tramp bir gündə sülhə nail olacağına söz verdi, ancaq bunu bacarmadı. Ukraynada müharibənin necə bitəcəyi ümumiyyətlə bəlli deyil. Heç kim ümid etməsin ki, dünyada böyük müharibə baş verməsə, sülh olacaq. Deməli, bu, çox ağır itkilərin yaşanacağı bir müharibə olmalıdır. Biz o qədər birləşməliyik ki, sağ qala və qalib gələ bilək”, – Karapetyan vurğulayıb./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • AQA
    Bunlar istəyirlər ki biz gedib bunların mərkəzində oturaq
    1 year ago