Benzin böhranı: 101 günlük ehtiyat qaldı

saytların hazırlanması

Evə çatdırılma

Benzin böhranı: 101 günlük ehtiyat qaldı

İqtisadiyyat

05 May 2026 09:17 401


Qlobal enerji bazarlarında gərginlik artır. ABŞ-ın maliyyə qurumu Goldman Sachs Hörmüz boğazında yaranan risklər fonunda neft bazarı ilə bağlı ciddi xəbərdarlıq edib.

“Yeni Sabah” xəbər verir ki, Goldman Sachs ABŞ-da yerləşən və dünyada ən böyük maliyyə institutlarından biridir. Şirkət hökumətlərə, iri şirkətlərə və investorlara maliyyə, investisiya və bazar analizləri üzrə xidmətlər göstərir.

Şirkətin açıqlamasına görə, Hörmüz boğazında tədarükün məhdudlaşması nəticəsində qlobal neft ehtiyatları sürətlə azalır və bu vəziyyət bazarlar üçün risk yaradır.

Hazırda dünya üzrə neft ehtiyatları qlobal tələbatı təxminən 101 gün qarşılaya biləcək səviyyədədir. Lakin bu göstəricinin may ayının sonuna qədər 98 günə qədər enəcəyi proqnozlaşdırılır.

Hörmüz boğazında baş verən hadisələr vəziyyəti daha da kəskinləşdirib. İranın bəzi gəmiləri hədəfə alması və BƏƏ-də neft limanına hücum edilməsi regionda gərginliyi artırıb. Bu hadisələrin təsiri ilə neft qiymətləri həftənin əvvəlində təxminən 6 faiz yüksəlib.

Ekspertlər bildirir ki, neft ehtiyatlarının sürətlə azalması və bəzi regionlarda tədarükün pozulması ciddi narahatlıq doğurur.

Bundan əlavə, qlobal səviyyədə emal olunmuş neft məhsullarının ehtiyatları da azalır. ABŞ və İsrailin İrana qarşı hücumlarından əvvəl bu ehtiyatlar təxminən 50 günlük tələbatı qarşılayırdısa, hazırda bu göstərici 45 günə qədər düşüb.

Analitiklər hesab edir ki, neft ehtiyatlarının azalması və qiymətlərin artması yaxın dövrdə yanacaq qiymətlərinə də təsir edəcək. Bu isə xüsusilə avtomobil sahibləri üçün əlavə maliyyə yükü yarada bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!