Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qaldı

Dünya

05 May 2026 20:22 193


ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Fars körfəzi bölgəsində 25 gəmi hücuma məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz ticarət daşımalarının koordinasiya mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, fevralın 28-dən mayın 5-dək UKMTO Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzi ərazilərində fəaliyyət göstərən gəmilərlə bağlı ümumilikdə 45 insident haqqında məlumat alıb. Bunlara 25 hücum, 18 şübhəli fəaliyyət və iki gəminin ələ keçirilməsi daxildir.

Eyni zamanda, BMT-nin Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, müharibə başlayandan bəri ümumilikdə 31 insident qeydə alınıb. Bu hadisələr nəticəsində 10 dənizçi həlak olub, bir neçəsi isə ağır yaralanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!