Paşinyandan Qarabağla bağlı   SÜRPRİZ ADDIM - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Paşinyandan Qarabağla bağlı SÜRPRİZ ADDIM - FOTO

Siyasət

05 May 2026 23:12 468


Ermənistanın paytaxtı İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvəsi çərçivəsində Baş nazir Nikol Paşinyanın yaxasına taxdığı sancaq diqqət çəkib.

"Yeni Sabah" Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, sancaqda Ermənistanın mövcud sərhədlərini əks etdirən xəritə yer alıb. Həmin xəritədə Qarabağ bölgəsinin göstərilmədiyi, həmçinin bəzi mənbələrdə “tarixi xəritə” kimi təqdim edilən variantlarda yer alan Ağrı dağının da bu təsvirə daxil edilmədiyi müşahidə olunub.

Bu detal sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, zirvə çərçivəsində regional əməkdaşlıq və siyasi proseslər də əsas müzakirə mövzuları sırasında olub.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!