Azərbaycanlı iş adamı belə güllələndi -   Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı iş adamı belə güllələndi - Video

Kriminal

25 İyul 2019 17:11 2231


İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı Rasim Babayev tapançadan açılan atəş nəticəsində yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb. Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb. Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. 

R. Babayev 2003-2010 ci illərdə istanbul Memar Sinan Universitetinin Memarlıq fakultəsində Dövlət Xətti ilə (TCS) təhsil alıb. Təhsil müddətində fəal tələbələrdən olan Rasim Babayev universiteti bitirdikdən sonra “ByButa Tour” turizm şirkətini quraraq, biznes fəaliyyətinə başlayıb. İş həyatı zamanı hər zaman həmyerlilərimizə və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə dəstək olan Babayev İstanbulda fəaliyyət göstərən xeyriyyəçi Azərbaycan dərnəyinin də qurucu üzvlərindən biridir. Dominos pizza

Ehtimala görə, Rasim Babayevə sui-qəsd edilməsinin əsas səbəbi onunla köhnə iş ortaqları arasında baş vermiş narazılıqlardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!