Çin lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

saytların hazırlanması

Evə çatdırılma

Çin lideri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət

25 May 2026 17:27 90


Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Yeni Sabah" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident. pizza sifarişi

Sizə və Sizin şəxsinizdə dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı ifadə etməkdən şərəf duyuram.

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. Bizim birgə planlaşdırmamız və rəhbərliyimiz ilə Çin-Azərbaycan münasibətləri yeni səviyyəyə yüksəlib, müxtəlif sahələrdə əməkdaşlıq böyük nəticələr verib. Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, iki ölkənin xalqlarının rifahı naminə yüksək səviyyədə ikitərəfli əlaqələrin dinamikasının gücləndirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Dost Azərbaycana tərəqqi və qüdrət, onun xalqına isə xoşbəxtlik və əmin-amanlıq arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!