Azərbaycan Kinematoqrafçılar İttifaqı qurumun mayın 26-da keçiriləcək qurultayla bağlı mətbuatda yayılan bəyanata münasibət bildirib.
"Yeni Sabah" xəbər verir ki, İttifaqın icraçı katibi, sədrliyə namizəd Əl İsa Cabbarov bəyənatla bağlı araşdırma apardıqlarını bildirib.
Onun sözlərinə görə, bəyanatı imzalayan şəxslərin bəziləri AKİ-nin üzvü deyillər: Pepperoni pizza
"İmzalar feykdir, dəqiqləşdirmə apardıq, qol çəkmədiklərini dedilər. Konfransın gündəliyində İdarə Heyətinin hesabatının olmaması fikri səhvdir. Gündəliyi konfransın səsverməsi həll edəcək. Orada hesabat, nizamnaməyə əlavələr də var.
Konfransın qərarlarının düzlüyü Ədliyyə Nazirliyi tərəfindən qiymətlərindiriləcək. Gülzar Qurbanova, Mehriban Zəki, Fəxrəddin Manafov, Ayaz Salayev AKİ üzvü deyillər.
Bəyanat "çiy" hazırlanıb. Konfransın keçirilməsinə mane olmayacaq. Bütün həmkarlarımı konfransda iştiraka və istədikləri namizədə səs verməyə çağırıram".
Qeyd edək ki, mayın 26-sı saat 14:00-da “Landmark Hotel”də AKİ-nin qurultayı keçiriləcək. Təbbirdə sədr seçkisinə baxılacaq. Hələlik həmin vəzifəyə iki namizəd var: AKİ sədrinin səlahiyyətlərini icra edən Xalq artisti Şəfiqə Məmmədova və qurumun katibi, rejissor Əli İsa Cabbarov.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Əsmətxanım Rzazadə
Telegram kanalımız