Azərbaycanlı karateçi Almatıda dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı karateçi Almatıda dünya çempionu oldu

İdman

26 Noyabr 2023 16:23 961


Azərbaycanlı karateçi Nəzrin Hacıyeva Qazaxıstanın Almatı şəhərində keçirilən kyokuşin-kan üzrə dünya çempionatının qalibi olub.

Azərbaycan Karate Federasiyasının Mətbuat Xidmətindən verilən məlumata görə, o, mundialın qızıl medalını qazanıb.

Təmsilçimiz 14-15 yaş qrupunda 45 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edib. Millinin digər üzvü, Xətai İdman Mərkəzinin yetirməsi Cəmil Kazımlı (+65 kq) da fəxri kürsüyə qalxıb. Dünya Qran-prisinin gümüş medalçısı bu dəfə 3-cü yeri tutub. pizza

Qeyd edək ki, millimiz yarışa Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun rəhbərliyi altında yollanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!