Azercell 800-ə yaxın uşaq və valideyni qaydalarla tanış edib

saytların hazırlanması

Evə çatdırılma

Azercell 800-ə yaxın uşaq və valideyni qaydalarla tanış edib

Rəqəmsal

25 Fevral 2025 14:47 1233


Lider mobil operator əhalinin rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini davam etdirir. Uşaqların rəqəmsal mühitdə mövcud təhlükələrdən qorunması məqsədilə həyata keçirilən layihənin növbəti mərhələsində 700-ə yaxın məktəbli və 100-ə yaxın valideyn xüsusi təlimlərdə iştirak edib.

Bu etapda təlimlər Bakı, Sumqayıt, Quba, Xızı, Astara və Mingəçevirdə keçirilib. İnteraktiv dərslər zamanı şagird və valideynlər rəqəmsal təhlükəsizliyin əsas aspektləri ilə tanış olublar.

Mütəxəssislər tərəfindən təqdim edilən təlim proqramı virtual tanışlıqların təhlükələri, şəxsi məlumatların qorunması, onlayn fırıldaqçılıq, trollinq, kiberbullinq ilə mübarizə üsulları kimi bir çox vacib mövzuları əhatə edib. Dördpendirli pizza

Təlimlər beynəlxalq standartlara uyğun şəkildə “GİD CSR Consulting” tərəfindən sertifikatlaşdırılmış beynəlxalq təhlükəsizlik məktəbinin proqramı əsasında keçirilib .

Qeyd edək ki, Azercell on ilə yaxındır ki internet təhlükəsizliyi mövzusunda maarifləndirmə layihələri təşkil edir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!