“Evimə gəlib gizlicə oğurlayırdılar” - Ramal İsrafilov

saytların hazırlanması

Evə çatdırılma

“Evimə gəlib gizlicə oğurlayırdılar” - Ramal İsrafilov

Şou

08 May 2026 18:18 106


Müğənni Ramal İsrafilov bəstələrinin illər əvvəl başqa ifaçılar tərəfindən icazəsiz səsləndirildiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi bu barədə “Sevimli səhər” proqramında danışıb. O bildirib ki, bir vaxtlar bəstəkar dostları evinə gələrək onun ifalarını yazır, bir müddət sonra isə həmin mahnıları radiolarda başqa səslərdə eşidirmiş:

“Bir həftə keçirdi, baxırdım ki, mahnı radioda səslənir. Zəng edib soruşurdum ki, bu mənim mahnım deyil? Hamısı da tanınmış sənətçilər idi. Ad çəkmək istəmirəm”. Marqarita pizza

R.İsrafilov qeyd edib ki, bu məsələdə ona ilk xəbərdarlığı Brilliant Dadaşova edib:

“Brilliant xanım dedi ki, diqqətli ol, gəlib səsini yazırlar. Ondan sonra ayıldım”.

Müğənni hazırda həmin şəxslərlə əvvəlki kimi münasibət saxlamadığını da vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!