Azercell daha bir karyera sərgisində iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

Azercell daha bir karyera sərgisində iştirak etdi

Sosial

04 Mart 2019 21:01 861


Azercell mart ayının 1-i ADA universitetində təşkil edilən “ADA Karyera Sərgisi 2019”-un fəal iştirakçısı olub. 

“Yeni Sabah” xəbər verir ki, sərgidə Azercell-in İnsan Qaynaqları departamentinin mütəxəssisləri  işə qəbul olmaq istəyən məzun və tələbələrin suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən proqramlar barədə geniş məlumat təqdim ediblər. 

Qeyd edək ki, ADA universitetində ənənəvi olaraq Karyera sərgisinin təşkil edilməsində əsas məqsəd gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara iş bazarındakı ən aparıcı qurumlar ilə bilavasitə ünsiyyətdə olub, karyera həyatının mühüm seçimini etməkdə köməklik göstərməkdir. Bu il fevral ayının 28-dən martın 2-dək davam edən karyera günlərində, 1 mart tarixində, məhz İT və telekommunikasiya sahələrini təmsil edən şirkətlər öz stendlərini təqdim edib.  Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!