Azercell yaşıl baza stansiyalarının sayını artırır

saytların hazırlanması

Evə çatdırılma

Azercell yaşıl baza stansiyalarının sayını artırır

Rəqəmsal

14 Oktyabr 2024 10:32 4445


İnnovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa sadiqliyini bir daha vurğulayan Azercell ölkə üzrə ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməyə davam edir. Ətraf mühitin qorunmasını diqqət mərkəzində saxlayan lider mobil operator Qarabağda “yaşıl” baza stansiyalarının sayını 35-ə çatdırır. 

Beləliklə, Azercell azad edilmiş ərazilərdə “yaşıl” baza stansiyalarını Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam Laçın və Kəlbəcərdə istifadəyə verib. Eyni zamanda, şirkətin günəş enerjisilə işləyən  baza stansiyaları Tovuz və Qobustanda da  fəaliyyət göstərir.

Ekoloji baxımdan daha “yaşıl” olan bu baza stansiyalarının enerji tələbatının 60%-i bərpa olunan enerji hesabına qarşılanır. Bu da öz növbəsində insan fəaliyyətinin ətraf mühitə neqativ təsirinin azaldılmasında mühüm rol oynayır, karbon emissiyasının və enerji sərfiyyatının  minimallaşdırılmasını təmin edir.  Dördpendirli pizza

Qeyd edək ki, “yaşıl” texnologiyaların ölkə üzrə tətbiq edilməsi Azercell-in ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri çərçivəsində həyata keçirdiyi silsilə tədbirlərin bir hissəsidir. Sosial məsuliyyətli korporativ vətəndaş kimi şirkət ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcəyin təmin edilməsinə yönəlik təşəbbüslərini davam etdirəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!