Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

AzTV Laçından veriliş yayımlayacaq - Video
18 May 2021 18:35
1016

AzTV Laçından veriliş yayımlayacaq - Video

AzTV-nin “Əsas məsələ” proqramının 18 may buraxılışı Laçın rayonundan yayımlanacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenisabah.az-a verilən məlumatına görə, Laçının 1992-ci ildə işğalının və 2020-ci ildə azad edilməsinin təfərrüatı müqayisəli təhlil edilib, verilişin qonaqları işğaldan azad olunan rayonda görüləcək işlər barədə müzakirələr aparıblar.

Laçının Güləbird kəndində aparılmış çəkilişlər zamanı xatırladılıb ki, elə burada da “Ağıllı kənd” layihəsi icra olunacaq.

Verilişə bu gün saat 22:20-də AzTV-də baxa bilərsiniz.

Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin bu günü - 18 may tarixində Ermənistan tərəfindən işğal olunmuşdu. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu yenidən Azərbaycanın nəzarəti altına keçib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər