AzTV yeni layihələr hazırlayıb - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

AzTV yeni layihələr hazırlayıb - Açıqlama

Sosial

14 Fevral 2019 18:12 915


“1956-cı il fevralın 14-də  Bakı Televiziya Studiyası fəaliyyətə başlayıb. Sonra BTS Azərbaycan Televiziyası adlandırılıb. Bundan başqa 2011-ci il 14 fevralda “Mədəniyyət” telekanalı  efirə çıxıb”. 

Bu sözləri AzTv-nin mətbuat katibi Xatirə Qasım televiziyanın yaranma günü münasibətilə danışarkən deyib. O bildirib ki, fevralın 14-ü ikiqat bayramdır:

“Dünən Azərbaycan Dövlət Akademik Filarmoniyasında bugün münasibətilə təntənəli tədbir keçirilib, konsert olub. AzTV-nin əməkdaşları mərasimdə  iştirak ediblər.  pizza

X. Qasım bildirib ki, bu gün bütün verilişlər, proqramlar Azərbaycan televiziyasının ilk dəfə efirə çıxmasına həsr olunub:

“Artıq səhər verilişindən başlayaraq  AzTV və Mədəniyyət televiziyasının  əməkdaşları, aparıcıları, bir sözlə, yaradıcı və texniki  kollektivin üzvləri veriliş və proqramlarda iştirak edirlər. 

Bu günlərdə bizim yeni layihələrimiz efirə çıxacaq. Sadəcə yaradıcılıq sirrinə görə əvvəlcədən açıqlama vermirik. Amma bir sıra yeniliklər  olacaq”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!