Azyaşlılara siqaret satanlar tənbeh olundular

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlılara siqaret satanlar tənbeh olundular

Sosial

14 Fevral 2023 11:57 580


Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. 

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının fevralın 13-də keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. 

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub.  pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!