18 Avqust - 05:48
Babadağda itkin düşən üç nəfər sağ tapıldı

Babadağda itkin düşən üç nəfər sağ tapıldı

Hadisə

06 Avqust 2022 15:42 784


İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri - Xudaverdiyev Nicat, Xudaverdiyev Ağa və qardaşı Xudaverdiyev Emil sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Yenisabah.az xəbər verir ki, bu barədə FHN-in məlumatında qeyd olunur.

Nazirlikdən həmçinin bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyən edilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!