Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu  
09 Sen 2021 14:58
2134

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu  

Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb.* 

Mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan  Ookla® ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil tətbiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. "Bakcell"in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.

“Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz səylərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz Bakcell abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, 2018-2019-cu illərdə Ookla şirkəti Bakcell şəbəkəsini 3 dəfə ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün Bakcell şəbəkəsi 8700-dən çox  baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir.

“Ookla tərəfindən təqdim olunan “Speedtest mükafatı” yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını Bakcell şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsdiqidir. Bu yüksək nəticələr abunəçilər  tərəfindən Speedtest proqramı vasitəsilə edilən sınaqların ciddi şəkildə təhlili nəticəsində əldə olunub”, deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

Ətraflı məlumat burada: 

https://www.speedtest.net/awards/azerbaijan/2021/?award_type=carrier&time_period=q1-q2 

 

Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olundu  
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər