“Bakcell”dən iPhone istifadəçilərinə xəbər!

saytların hazırlanması

Evə çatdırılma

“Bakcell”dən iPhone istifadəçilərinə xəbər!

Rəqəmsal

28 Mart 2023 18:46 4659


5G şəbəkəsi indi iPhone smartfonlarından istifadə edən Bakcell abunəçiləri üçün aktivdir.

Yenisabah.az xəbər verir ki, iPhone istifadəçiləri Bakının bir neçə nöqtəsində qurulmuş 5G test şəbəkəsindən yararlanaraq ultrasürətli interneti sınaqdan keçirmək imkanına malikdir.

5G şəbəkəsinə qoşulan iPhone istifadəçiləri “Bakcell”dən 5GB balans hədiyyə alacaq. Hədiyyə interneti almaq üçün 5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda *501*1# kodunu yığmaq lazımdır.

Qeyd edək ki, Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınır. Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!