7 Oktyabr - 01:01
Bakı Aeroportunda kran aşdı: Ölən var

Bakı Aeroportunda kran aşdı: Ölən var

Hadisə

22 Sentyabr 2022 17:07 701


Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub. 

TƏBİB-dən Yenisabah.az-a bildirilib ki, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.

Bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.

Xatırlaadq ki, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda bədbəxt hadisə baş verib.

Yük daşıyan kranın aşması nəticəsində bir nəfər ölüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!