Bakı aeroportundakı son durum açıqlandı – FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakı aeroportundakı son durum açıqlandı – FOTOLAR

Sosial

14 Yanvar 2024 13:52 7384


Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimdə çalışaraq uçuşların cədvəl üzrə həyata keçirilməsini təmin edir.

Aeroportdan “Yeni Sabah”a verilən məlumata görə, kompleks hazırlıq işləri çərçivəsində Bakı aeroportu çətin hava şəraitində etibarlı hava hərəkətini təmin etməyə tam hazırdır.

Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır.

Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir.

Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!