Bakı polisindən karantinlə bağlı xəbərdarlıq
25 Mart 2020 10:02
1100

Bakı polisindən karantinlə bağlı xəbərdarlıq

Bakıda polis koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə ictimai yerlərdə, küçələrdə, parklarda və bulvarda qabaqlayıcı profilaktiki tədbirlərini davam etdirir.

“Yeni Sabah” xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq polis tərəfindən onlar müəyyən olunduqda yaşadıqları ünvana qaytarılması təmin olunacaq: "Bu istiqamətdə polis naryadlarına müvafiq tapşırıq və göstərişlər verilib. Tövsiyələrə uyğun olaraq həmin vətəndaşların toplaşdıqları yerdən uzaqlaşdırılması təmin olunur. Yalnız bir halda, qadağalara əməl olunmadıqda qanunvericiliyə uyğun sərt tədbir görüləcək".  

E.Hacıyev həmçinin qeyd edib ki, daxil olan məlumata görə, bayır xidmətinə cəlb olunan polis əməkdaşları elektron informasiya cihazları ilə təmin olunub ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyən edilməsində istifadə olunacaq: “Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər