Bakıda 150-dən çox bina söküləcək - Yeni metro, tramvay... - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 150-dən çox bina söküləcək - Yeni metro, tramvay... - Video

Sosial

07 Oktyabr 2023 11:18 1032


Paytaxt ərazisində 150-yə yaxın binanın sökülməsi nəzərdə tutulub.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi ərazilərdə ucuz nə torpaq sahəsi, nə də fərdi yaşayış evi tapmaq mümkün olacaq.

Bakının yeni baş planına əsasən, ərazinin zonalaşdırılası, yeni mühəndis kommunikasiya sistemləri, nəqliyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub. pizza

Əmlakçı Mülkədar Rüstəmov bildirib ki, bəzi ərazilərdə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binasının sökülməsi nəzərdə tutulub.

M. Rüstəmovun sözlərinə görə, yeni baş plana əsasən paytaxtda 50 km-ə qədər tramvay xətti nəzərdə tutulub. Bundan başqa, metrostansiyalarının sayı 47-ə çatdırılacaq. Şəhərdə sıxlığın qarışını almaq üçün isə bir çox işlər görüləcək ki, onlardan biri də Lökbatan qəsəbəsində yeni avtovağzalın inşasıdır. Planın icrası yekunlaşdıqdan sonra isə bəzi ərazilərdə həm torpaq sahələrinin, həm də mənzillərin qiymətində ciddi artım gözlənilir.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!