Bakıda 31, rayonlarda 33 dərəcə isti - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 31, rayonlarda 33 dərəcə isti - HAVA PROQNOZU

Sosial

01 İyun 2023 13:29 794


Milli Hidrometeorologiya Xidməti iyunun 2-ə gözlənilən hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və  Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21° isti, gündüz  26-31°  isti olacaq. Atmosfer təzyiqi  760  mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55 % olacaq. 

Sabah Azərbaycanın rayonlarında, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda duman. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!