Bakıda xəstəxanada partlayış: ölən və yaralanan var -   ADLAR-YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda xəstəxanada partlayış: ölən və yaralanan var - ADLAR-YENİLƏNDİ

Sağlamlıq

30 Aprel 2026 15:41 1161


Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib.

“Yeni Sabah” Oxu.az-a istinadən bildirir ki, şöbənin birinci mərtəbəsində qeydə alınan hadisə zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb.

O, təcili olaraq xəstəxanaya hospitalizasiya olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, hadisənin başvermə səbəbləri araşdırılır.

***

15:35

Milli Onkologiya Mərkəzində partlayış olub.

“Yeni Sabah” xəbər verir ki, nəticədə orada müalicə olunan Mübariz Əliyev hadisə yerində ölüb, bir həkim xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının əməkdşaları hadisə yerindədir.

Araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!