Bakıda 32, rayonlarda 33 dərəcə isti - Hava proqnozu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 32, rayonlarda 33 dərəcə isti - Hava proqnozu

Sosial

02 İyul 2022 12:18 1437


Milli Hidrometeorologiya Xidməti iyulun 3-də gözlənilən hava şəraiti ilə bağlı hava proqnozunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. 

Arabir güclənən şimal küləyi  gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 21-23° isti, gündüz  30-32° isti, Bakıda gecə 21-23° isti, gündüz  30-32° isti olacaq.

Atmosfer təzyiqi 758  mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət  50-55% olacaq.

Abşeron çimərliklərində gözlənilən mülayim şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyyə olunur.  

Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz  16-21° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!