18 Avqust - 06:14
Bakıda avtobus QƏZAYA DÜŞDÜ - Xəsarət alan var

Bakıda avtobus QƏZAYA DÜŞDÜ - Xəsarət alan var

Hadisə

04 Avqust 2022 15:37 552


4 avqust 2022-ci il, saat 14:00 radələrində Hövsan şosesində (Qum Adası) 132 nömrəli müntəzəm marşrut xətti üzrə (10-TG-079 DQN-lı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Daşyıcı şirkət “Kral-Transport MMC-dən verilən ilkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur.

"Son vaxtlar bu cür yol nəqliyyat hadisələrinin tez-tez baş verməsi müntəzəm sərnişindaşımaların təşkilində də çətinliklər yaradır. Hər bir hadisədən sonra avtobuslar uzun müddətli təmirə dayanmaqla xidmətdən kənarda qalır. Bunu nəzərə alaraq bir daha sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına riayət etsinlər, dayanacaq məntəqəsindən çıxan, yolayrıcından hərəkətə başlayan avtobusların maneəsiz hərəkətinə şərait yaratsınlar", - rəsmi məlumatda vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!