Bakıda avtoyuma məntəqəsindən maşın qaçırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtoyuma məntəqəsindən maşın qaçırıldı

Kriminal

24 May 2023 10:31 1000


Bakıda avtoyuma məntəqəsindən maşın qaçırılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub. Toyuqlu pizza

F.Rzayevi polis əməkdaşları saxlayıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!