Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO

Sosial

05 May 2024 10:08 8780


Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.

1962-ci ildə istismara verilmiş körpüdə təhlükəsizlik məqsədilə sınaqlar aparılıb.

2023-cü ildə İngiltərənin "Twi Caspian Sea" şirkətinin Azərbaycandakı filialının və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mütəxəssislərinin birgə iştirakı ilə Cavanşir yolötürücüsündə müayinə və sınaq işləri yerinə yetirilib. pizza sifarişi

Bununla yanaşı, 32 ton olan yük avtomobillərindən istifadə etməklə aparılan sınaq zamanı müəyyən edilib ki, yük maşınlarının hərəkəti zamanı aşırım qurğusundakı əyilmə normadan artıqdır. Bu isə qəza riskini artırır.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Yasin Mustafayev "Xəzər Xəbər"ə deyib ki, bir vaxtlar körpünün tikintisinə zərurət yaxınlıqda yerləşən limana dəmir yolunun çəkilməsi ilə bağlı olub. Həmin ərazidə liman və dəmir yolu ləğv olunub. İndi isə yolötürücü standartdan kənar olmaqla yanaşı, həm də tıxaca səbəb olur.

Başqa bir məsələ həmin ərazinin ən yüksək standartlara uyğun yenidən qurulması və bu körpünün həmin ərazinin müasir ahənginə xələl gətirməsidir.

Qeyd edək ki, istismar dövründə qurğuda ciddi qüsurlar və deformasiyalar əmələ gəlib. 2018-ci ildə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdindəki İnstitut yolötürücünün demontaj edilməsini tövsiyə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!