Bakıda kişi keçmiş arvadını bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişi keçmiş arvadını bıçaqladı

Kriminal

18 Aprel 2023 17:08 997


Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Xətai rayon Prokurorluğu məlumat yayıb.

Aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi mübasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!